Premyer Liqa: “Neftçi”dən “Araz-Naxçıvan”a 3 cavabsız qol

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması “Neftçi Arena”da baş tutub.

Burada “Neftçi” cari mövsümdə qalib gələ bilmədiyi “Araz-Naxçıvan”ı qəbul edib. Paytaxt təmsilçisi zirvədən aralı düşməmək üçün bu ev oyunundan qalib ayrılmağa borclu idi. Xeyli müddət idi qələbəyə həsrət olan Naxçıvan təmsilçisi isə uğursuz gedişata son qoymaq istəyirdi.

“Araz-Naxçıvan” “Neftçi” ilə görüşə yeni baş məşqçi ilə çıxıb. Belə ki, Azər Bağırovun istefasından sonra baş məşqçi postuna gətirilmiş Elmar Baxşıyev Naxçıvan klubundakı debüt matçında məhz “Neftçi” ilə üz-üzə gəlib.

Bu komandalar indiyə qədər çempionatda 7 oyun keçirmişdilər. Bu görüşlərdə “Neftçi” 3, “Araz-Naxçıvan” 2 qələbə qazanmışdı. Daha 2 oyun sülhlə bitmişdi. “Neftçi” son 4 görüşdə qalib gəlməmışdi. “Araz-Naxçıvan” son üç qarşılaşmada qol vurmuşdu. Bu komanda cari mövsümdə “ağ-qaralar” üzərində 2 qələbə qazanmış və 1 heç-heçəyə nail olmuşdu.

Bu oyunda isə “Neftçi” nəhayət ki, uğursuz gedişata son qoya və Naxçıvan təmsilçisinə qalib gələ bilib. Bakı klubu rəqibini darmadağınla yola salıb.

Xatırladaq ki, bu gün “Turan Tovuz” da səfərdə “Qəbələ”yə 2:1 hesabıyla qalib gəlmişdi.

Premyer Liqa
30-cu tur
13 aprel

“Neftçi” – “Araz-Naxçıvan” 3:0
Qollar: Brayan Moreno, 1. Rəhman Hacıyev, 45. İqor Ribeyro, 87-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Bakı. “Neftçi Arena”, 19:00.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (k), 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: