Premyer Liqa: PFL 2024/2025 mövsümünün start tarixini açıqladı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) növbəti – 2024/2025 mövsümünün start tarixi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, PFL rəhbərliyinin qərarına əsasən, Azərbaycan çempionatında növbəti mövsüm avqustun 2-də başlayacaq.

Transfer pəncərələrinin vaxtı ilə əlaqədar olaraq PFL-in rəsmi saytında əlavə məlumatlar veriləcək.

Xatırladaq ki, Premyer Liqanın 2023/2024 mövsümünün qalibi “Qarabağ” komandası olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: