Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 3-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması “Qəbələ” ilə “Sumqayıt” arasında baş tutub.
Qəbələbə baş tutan oyun meydan sahibləri üçün uğursuz alınıb. İlk yarıda iki qol vurmağa nail olan Sumqayıtın eyniadlı təmsilçisi səfərdən 3 xalla qayıdıb. “Qəbələ”nin gücü isə yalnız təsəlli qoluna çatıb.
Günün digər oyunu “Səbail”lə “Zirə” arasında baş tutacaq.
Turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. Turun “Qarabağ” – “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi” matçları isə sabah – avqustun 20-də baş tutacaq.
Azərbaycan Premyer Liqası
3-cü tur
19 avqust
“Qəbələ” – “Sumqayıt” 1:2
Qollar: Osama Xalayla, 53 – İsa Suliman, 3. Kamran Əliyev, 31.
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Rəhman İmami, Kamran Əliyev.
Qəbələ şəhər stadionu, 18:00.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 17. Yaovi Akakpo.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 3. Zurab Oçiqava, 10. Omar Hani, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular:15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.


