Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun qapanış matçında çempionatın aşkar autsayderi, artıq elitanı tərk edəcəyi də dəqiqləşmiş “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Son iki turda “Səbail” və “Sabah”a qalib gəlmiş əyalət təmsilçisi bu dəfə eyni aqibəti “Araz-Naxçıvan”a da yaşatmağa çalışacaq. Naxçıvan klubu isə son iki oyunundan xalsız ayrılıb və bu dəfə gedişatı dəyişmək arzusundadır.
“Qəbələ” ilə “Araz-Naxçıvan” yalnız bu mövsüm qarşılaşıblar. Komandaların indiyəqədərki 3 oyununda 1 heç-heçə qeydə alınıbsa, 2 görüş naxçıvanlıların qələbəsiylə yekunlaşıb. Bir sözlə, “Qəbələ” qələbə qazanmayıb və bu gün ilkə imza ata bilər. “Araz-Naxçıvan” isə hər oyunda qol vurub.
Premyer Liqa
35-ci tur
17 may
“Qarabağ” – “Turan Tovuz” 4:3
Qollar: Olavio Juninyo, 19. Leandro Andrade, 69; 90. Mateus Silva, 75 – Emmanuel Hakman, 48; 86. Luis Paçu 53.
Hakimlər: Cavid Cəlilov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
18 may
“Sabah” – “Sumqayıt” 2:0
Qollar: Murad Xaçayev, 35-öz qapısına. Anatoli Nuriyev, 90+1.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena.”
“Səbail” – “Neftçi” 0:3
Qollar: Brayan Moreno, 69. Ataa Caber, 77. Qara Qarayev, 82.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”.
“Kəpəz” – “Zirə” 0:1
Qol: Salifu Suma, 49.
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu.
19 may
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.


