Premyer Liqa: “Qəbələ”dən ardıcıl 3-cü qələbə!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında çempionatın aşkar autsayderi, artıq elitanı tərk edəcəyi də dəqiqləşmiş “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Son iki turda “Səbail” və “Sabah”a qalib gəlmiş əyalət təmsilçisi bu dəfə eyni aqibəti “Araz-Naxçıvan”a da yaşatmaq istəyirdi. Naxçıvan klubu isə son iki oyunundan xalsız ayrılmışdı və bu dəfə gedişatı dəyişmək arzusundaydı.

“Qəbələ” ilə “Araz-Naxçıvan” yalnız bu mövsüm qarşılaşmışdılar. Komandaların əvvəlki 3 oyununda 1 heç-heçə qeydə alınmışdısa, 2 görüş naxçıvanlıların qələbəsiylə yekunlaşmışdı. Bir sözlə, “Qəbələ” bu rəqibinə heç vaxt qalib gələ bilməmişdi. Bu gün isə əyalət təmsilçisi nəhayət ki, bu həsrətinə son qoyub və “Araz-Naxçıvan”ı 2 cavabsız qolla məğlub edib.

Premyer Liqa
35-ci tur
17 may

“Qəbələ”– “Araz-Naxçıvan” 2:0
Qollar: Osama Xalayla, 50. Əyyub Allaş, 87.
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: