Premyer Liqa: “Qarabağ” “Kəpəz”in həsrətini 31 oyuna çıxardı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub

Autsayderlər qrupunda qərarlaşmış “Kəpəz”lə lider “Qarabağ”ı məlum səbəblərdən məhz Qəbələdə qəbul edib.

Bu komandalar daha öncə 55 oyunda üz-üzə gəlmişdilər və 11 dəfə “sülh bağlamışdılar”. Qalan görüşlərin 14-də gəncəlilər, 30-da isə ağdamlılar qalib gəlmişdilər. “Qarabağ” son 19 qarşılaşmada meydanı qol vurmadan tərk etmirdi. “Kəpəz” son 30 görüşdə bu rəqibinə qalib gələ bilməmişdi.

Qəbələdəki oyunda isə hesabı Gəncə təmsilçisi açıb. Amma ruhdan düşməyən “Qarabağ” qalan dəqiqələrdə iki qol vurmaqla əzmkar qələbə qazanmağı bacarıb. Bununla da “Kəpəz”in Ağdam klubu ilə oyunlardakı qələbə həsrəti 31 oyuna çıxıb.

Premyer Liqa çərçivəsində ardıcıl 9-cu qələbəsini qazanan “Qarabağ” hazırda 47 xalla zirvədə qərarlaşıb. “Kəpəz” isə 17 xalla 9-cudur.

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” “Səbail” üzərində 3:1 hesablı qələbəyə sevinmişdi.

Premyer Liqa
20-ci tur
27 yanvar

“Kəpəz” – “Qarabağ” 1:2
Qollar: Olavale Onanuqa, 72 – Olavio Juninyo, 79. Toral Bayramov, 90+6-pen.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov.
Qəbələ şəhər stadionu, 15:00.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: