Premyer Liqa: “Qarabağ” Tovuz səfərində, “Neftçi” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Tura Tovuzda start veriləcək. “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı sınağa çəkəcək. Son oyunlarında xal itirməyən komandaların duelinə maraq böyükdür. Məsələ burasındadır ki, ehtiyatda da bir oyunu olan son çempion “Qarabağ” hazırda 27 xalla vahid liderdir. “Turan Tovuz” isə 24 xalla ikinci pillədədir. Bir sözlə, Kurban Berdıyevin komandası bu gün doğma meydanda lideri məğlub etsə, zirvəyə şərik olacaq. Əks halda Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi aradakı fərqi artıra bilər.

Günün digər oyunu “Neftçi” ilə “Araz-Naxçıvan” arasında keçiriləcək. Hər iki komanda son turda 1 xalla kifayətlənib. Amma Naxçıvan təmsilçisi hazırda 21 xalla 3-cü, paytaxt klubu isə 9 xalla 8-ci sırada qərarlaşıb. Bir sözlə, uğursuz mövsüm keçirən “ağ-qaralar”a bu oyunda qələbə daha çox lazımdır.

Premyer Liqa
12-ci tur
1 noyabr

18:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu.

20:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Neftçi Arena”.

2 noyabr

15:00. “Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu.

3 noyabr

16:00. “Kəpəz” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu.

19:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: