Premyer Liqa: “Qarabağ” “Zirə”yə sürpriz imkanı vermədi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında son çempion və lider “Qarabağ” “Zirə”ni qəbul edib.

Tərəflər arasında daha öncə baş tutmuş 33 oyunda Ağdam təmsilçisi 21, “Zirə” isə cəmi 1 qələbə qazanmışdı. 11 oyunda da heç-heçə qeydə alınmışdı. Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlmirdi. Cari mövsümün hər iki matçında yalnız bir qol vurulmuşdu.

60 xalla zirvədə qərarlaşmış “Qarabağ” bu oyunda qalib gəlməklə əsas izləyiciləri ilə xal fərqini 24-ə çatdıracaqdı. 36 xalla 6-cı pilləyə düşmüş “Zirə” isə qalib gəlsə, yenidən üst sıralara çıxa bilərdi. Amma Ağdam klubu buna imkan verməyib. Dörd qolun qeydə alındığı oyun Qurban Qurbanovun komandasının inamlı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki matçlarında “Sumqayıt” “Səbail”i səfərdə 1:0, “Sabah” “Qəbələ”ni evdə 2:1, “Turan Tovuz” isə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib. Bol qollu “Kəpəz” – “Neftçi” matçında isə qalib müəyyənləşməyib – 3:3.

Premyer Liqa
26-cı tur
8 mart

“Qarabağ” – “Zirə” 3:1
Qollar: Nəriman Axundzadə, 43. Riçard Almeyda, 77-pen. Adama Diakabi, 81 – Sezar Meza Kolli, 79.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.
T.Bəhramov adına Respublika Stadionu, 18:00.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzya, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 24. Sezar Meza Kolli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: