Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun növbəti oyunu baş tutub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk matçı “Səbail”lə “Sabah” arasında keçirilib.
Bayılda baş tutan oyunda “dənizçilər” uğursuz gedişata son qoymaq arzusundaydılar. Son iki oyununda məğlubiyyətə üzülmüş Şahin Diniyevin komandası 4 xalla 8-ci pillədə qərarlaşmışdı. Son turlarda işləri yaxşı gedən “bayquşlar” isə 11 xalla 4-cü idi.
Altı qolun qeydə alındığı bu oyunda da “Sabah” qalib gəlib. Nəticədə paytaxt təmsilçisi lider “Qarabağ”ın əsas izləyicisinə çevrilib.
Premyer Liqa
7-ci tur
22 sentyabr
“Səbail” – “Sabah” 2:4
Qollar: Amir Bilali, 4. Rüfət Abdullazadə, 39 – Coy Lens Mikels, 8. İvan Lepinitsa, 21. Jesse Sekidika, 26. Pavol Şafranko, 77-pen.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”. 18:00.
Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitri Litvin, 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Buali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
Sabah: 55. Nicat Mehbalıyev, 10. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybullayev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.


