Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması “Şamaxı” ilə “Kəpəz” arasında baş tutacaq. Bu komandaların görüşünü Cavid Cəlilov idarə edəcək.
Turun qapanış matçında isə “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək. Qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.
Qeyd edək ki, Premyer Liqanın yarış cədvəlində “Zirə” 58 xalla ikinci, “Şamaxı” 31 xalla yeddinci, “Sumqayıt” 29 xalla səkkizinci, “Kəpəz” isə 28 xalla doqquzuncu pillədə qərarlaşıb.
Premyer Liqa
31-ci tur
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: İssuf Paro, 52 – Faiq Hacıyev, 33.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
19 aprel
“Sabah” – “Səbail” 3:2
Qollar: Sofian Çakla, 31. Dmitri Litvin, 82-öz qapısına. Coy Lens Mikels, 90+3 – İnnosent Nşuti, 21. Süleyman Alluş, 74.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Masazır Arena”, 17:30.
“Qarabağ” – “Neftçi” 3:0
Qollar: Abdullah Zubir, 22. Yassin Benzya, 40-pen. Nəriman Axundzadə, 41.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.
20 aprel
“Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:30.
“Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin Stadionu, 19:00.


