Premyer Liqa: “Sumqayıt” Mərdəkanda qələbəni əldən verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Mərdəkanda “Araz-Naxçıvan”la “Sumqayıt” arasında baş tutub.

Son iki oyunundan xalsız ayrılmış Naxçıvan təmsilçisi uğursuz gedişata son qoymağa, ardıcıl iki qələbə qazanmış Sumqayıt komandası isə uğurlu seriyanın davamını gətirəyə çalışıb. Amma heç-heçə də hər iki komandanın turnir cədvəlindəki mövqeyini yaxşılaşdıra bilərdi. Samir Abasovun komandası 2-ci, Azər Bağırovun kollektivi isə 5-ci pilləyə yüksələ bilərdi. Belə də olub. Tərəflər meydanı hərəyə 1 qolla və 1 xalla tərk ediblər. Hazırda sumqayıtlıların 31, naxçıvanlıların 27 xalı var.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Səbail”i 3:1 hesabıyla məğlub etmişdi. “Kəpəz” doğma meydanda “Qarabağ”a (1:2), “Zirə” isə “Sabah”a (0:1) uduzmuşdu. Tura bu gün keçiriləcək “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq. Bu oyuna saat 17:30-da start veriləcək.

Premyer Liqa
20-ci tur
28 yanvar

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:1
Qollar: Vanderson Melo, 59 – İsa Suliman, 45.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Bakı. “Dalğa Arena”, 15:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: