Premyer Liqa: “Sumqayıt” “Sabah”a, “Zirə” “Şamaxı”ya qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Sabah” “Sumqayıt”ı qəbul edəcək. Bu yay Azərbaycanı avrokuboklarda təmsil edən, amma mübarizəni dayandırmış komandaların görüşü Masazırda baş tutacaq.

“Sabah”la “Sumqayıt” 24-cü çempionat oyununda üz-üzə gələcəklər. Əvvəlki 23 oyunda paytaxt klubu 13, Sumqayıt təmsilçisi 7 qələbə qazanıb, 3 heç-heçə qeydə alınıb. “Sabah” bütün ev oyunlarında qol vurub. “Sumqayıt” son 4 səfərdə xal qazanmayıb.

Turun qapanış matçında isə “Zirə” “Şamaxı”nı qəbul edəcək. Avropa Konfrans Liqasındakı mübarizəsini davam etdirən Rəşad Sadıqovun komandası Kipr “Omoniya”sı ilə cavab matçı öncəsi “Şamaxı” üzərində qələbə qazanmağa çalışacaq.

Bu komandalar daha öncə milli çempionatda 31 dəfə qarşılaşıblar. “Zirə” buna qədər 12, “Şamaxı” isə 6 qələbəyə sevinib, 13 görüşdə qalib müəyyənləşməyib. “Şamaxı” 12 matçdır bu rəqiblə oyunlarda qələbə qazanmır. Son iki görüşdə 3 və ya daha çox qol vurulub.

Premyer Liqa
4-cü tur

23 avqust

“Səbail” – “Kəpəz” 4:0
Qollar: Fərid Nəbiyev, 12. Gitay Sofir, 34. Ayman Buali, 49. Süleyman Alluş, 54.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”. 19:00.

24 avqust

“Qarabağ” – “Turan Tovuz” 0:1
Qol: Oto Con, 18-pen.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azərsun Arena”. 18,15.

“Araz-Naxçıvan” – “Neftçi” 1:1
Qollar: Ömər Buludov, 16 – Ramil Şeydayev, 90+4.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mərdəkan. “Dalğa Arena”. 20:30.

25 avqust

18:15. “Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena”.

20:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: