Premyer Liqa: “Sumqayıt”la “Səbail” sonda ayıldılar, sevinən…

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ilk oyun günün ikinci qarşılaşması “Sumqayıt”la “Səbail” arasında baş tutub.

Rəvan Həmzəzadənin idarə etdiyi oyunda paytaxt təmsilçisi yeni mövsümdə ilk, Sumqayıtın eyniadlı təmsilçisi isə ikinci qələbəsini qazanmağa çalışıb. İlk 2 turdan sonra “Sumqayıt”ın 3, “Səbail”in 1 xalı vardı.

“Sumqayıt”la “Səbail”in əvvəlki 26 oyununda sumqayıtlıların 15, bakılıların 8 qələbəsi vardı. 3 görüş də bərabərliklə yekunlaşmışdı.

Bu görüşün böyük hissəsində qapılara qol vurulmayıb. Azarkeşlər yalnız son dəqiqələrdə qarşılıqlı qolların şahidi olublar. Üç qolluq matçın yekununda sevinən tərəf meydan sahibləri olublar.

Premyer Liqa
3-cü tur

17 avqust

“Sumqayıt” – “Səbail” 2:1
Qollar: Kamran Quliyev, 87. Roi Kehat, 90+2 – Süleyman Alluş, 88.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion. Saat 20:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 3. Slaviça Radoviç, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Səbail: 1. Hüseynəli Quliyev, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (K), 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitri Litvin, 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Buali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 25. Nicat Məmmədzadə, 14. Süleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: