“Opta Sports” dərgisinin superkompüteri İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün qalibini təxmin edib.
Arena.az məlumat verir ki, son dörd mövsümün dəyişməz çempionu olmaqla mütləq rekorda imza atmış “Mançester Siti” yenə çempionluğa əsas namizəd hesab edilir.
Xosep Qvardiolanın çalışdırdığı “şəhərlilər”in qələbə ehtimalı 82,2% olaraq qiymətləndirilir.
“Dəmir parçası” ötən mövsümün gümüş mükafatçısı, Mikel Artetanın “Arsenal”ının çempionluq imkanını isə 12,2% olaraq görür.
İlk üçlüyü isə 5,1% çempionluq imkanı ilə “Liverpul” tamamlayır.
Həmçini superkompüter “Çelsi” və “Nyukasl”ı da çempionluğa iddialılar arasında görür. Amma “zadəganlar”ın qalibiyyəti superkompüterin gözünə 0,2%, “sağsağanlar”ın isə 0,1% olaraq görülür.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə İngiltərə Premyer Liqasının ilk üçlüyü “Mançester Siti”, “Arsenal” və “Liverpul” olaraq sıralanıb.


