Premyer Liqa: Yeni mövsümün ilk təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 1-ci turunun hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Yeni mövsümün açılış matçında üz-üzə gələcək “Araz-Naxçıvan”la son çempion “Qarabağ”ın görüşü Elçin Məsiyevə tapşırılıb.

İkinci oyun gününə təsadüf edəcək “Neftçi” – “Turan Tovuz” matçını Əliyar Ağayev, “Sumqayıt” – “Kəpəz” görüşünü Kamal Umudlu idarə edəcək.

“Şamaxı” – “Sabah” qarşılaşmasında İnqilab Məmmədov söz sahibi olacaq. “Zirə” – “Səbail” matçının baş hakimi isə Rəvan Həmzəzadə olacaq.

Premyer Liqa
1-ci tur
2 avqust

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mərdəkan. “Dalğa Arena”, 20:00.

3 avqust

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena” 18:30.

“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:45.

4 avqust

“Şamaxı” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:30.

“Zirə” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: