Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Sabah”la “Şamaxı” arasında Masazırda keçiriləcək. Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “bayquşlar” ağır avrokubok matçından sonra ilk çempionat matçından qalib ayrılmaq arzusundadır. Yenidən elitaya qayıdan “Şamaxı” da Premyer Liqadakı ilk matçından xal və ya xallarla ayrılmağa çalışacaq.
Turun sonuncu oyunu avrokuboklardakı digər təmsilçimiz “Zirə” ilə “Səbail” arasında baş tutacaq. Bu yay heyəti böyük ölçüdə dəyişmiş “dənizçilər” Zirədən xal və ya xallarla qayıtmaq istəyir. Amma Konfrans Liqasında mərhələ adlamaqla özünəinamı daha da artmış Rəşad Sadıqovun komandası yeni mövsümə qələbə ilə start verməyə çalışacaq.
Premyer Liqa
1-ci tur
2 avqust
“Araz-Naxçıvan” – “Qarabağ” 1:4
Qollar: Nuno Rodriqes, 86 – Redon Cica, 7. Riçard Almeyda, 9. Hamidu Keyta, 47. Abbas Hüseynov, 88.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mərdəkan. “Dalğa Arena”, 20:00.
3 avqust
“Neftçi” – “Turan Tovuz” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena” 18:30.
“Sumqayıt” – “Kəpəz” 2:0
Qollar: Səbuhi Abdullazadə, 14. Rəhim Sadıxov, 71.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:45.
4 avqust
“Sabah” – “Şamaxı”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”, 17:30.
“Zirə” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.