Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən iki komanda – “Sabah” və “Zirə” üz-üzə gəlib.
“Bayquşlar” mövsümə xal itkisi (“Şamaxı” ilə 2:2) ilə başlamışdılarsa, “qartallar” startda darmadağına (“Səbail” üzərində 4:1) sevinmişdilər.
Bu oyunda da qələbəni “Zirə” bayram edib. Fasilədən sonra 2 dəqiqə ərzində iki qol vuran qəsəbə təmsilçisi inamlı qələbəyə sevinib.
Premyer Liqa
2-ci tur
11 avqust
“Sabah” – “Zirə” 0:2
Qollar: Rafael Utziq, 50-pen. Salifu Suma, 52.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
“Masazır Arena”, 21:00.
Sabah: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Pavol Şafranko, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Ələkbərov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 20. Coy Lens Mikels.
Baş məşqçi: Krunoslav Renduliç.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka (k), 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 70. İssa Cibrilla, 18. Martins Junior.
Baş məşqçi: Rəşad Sadıqov.


