“Qəbələ” “Araz-Naxçıvan”la matça da 3 itki ilə çıxacaq

“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turunun bu gün keçiriləcək oyununda “Araz-Naxçıvan”la qarşılaşacaq.

Arena.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmada qonaq komandanın üç futbolçusu iştirak etməyəcək.

Söhbət Asif Məmmədov, Zurab Oçiqava və Fares Abu Akeldən gedir. Klubun yaydığı məlumata görə, hər üç futbolçu zədədən sonra bərpa prosesi keçdiyi üçün “qırmızı-qaralar”ın hazırlıq prosesinə qatılmır. Onların arasında yalnız Zurabın gələn həftədən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Xatırladaq ki, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qəbələ” görüşünə saat 18:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: