“Qəbələ” daha üç futbolçusu ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Asif Məmmədov, Murad Musayev və Ürfan Abbasovla anlaşmalar yenilənib. Futbolçularla imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Anlaşmaları 2021/22 mövsümünün sonunda başa çatan oyunçular 2022/23 mövsümündə də “qırmızı-qara” formanı geyinəcək.
Ürfan Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 203 (4 qol), Asif Məmmədov 152 (13 qol), Murad Musayev 60 (2 qol) oyun keçirib.
Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə anlaşmanı bir il müddətinə uzatmışdı. Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək klub “Sabah”dan qapıçı Səlahət Ağayevi, “Şamaxı”dan isə İlkin Qırtımovu transfer edib.


