“Qəbələ” Feras Abu Akalı transfer etdi

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində dördüncü transferini reallaşdırıb.

Əyalət klubu bu dəfə israilli yarımmüdafiəçi Feras Abu-Akalı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 6 nömrəli forma altında çıxış edəcək.

Feras Abu-Akal peşəkar karyerasına “Hapoel”də (İroni) başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatmışdı. Əyalət klubunda Ruan Renato, İsnik Alimi, Kristof Atanqana, Yaovi Akakpo, Asif Məmmədov, Murad Musayev, Ürfan Abbasov, Rafael Utziq və Omar Haniylə də yeni müqavilə imzalanıb. Nicat Mehbalıyev, Ehtiram Şahverdiyev, Samed Karakoç və Fernan Lopes isə komandadan ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: