“Qəbələ” ilə “Omoniya” arasındakı oyunlar bu hakimlərə tapşırıldı

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə Kipr “Omoniya”sı arasındakı oyunları üçün hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, iyulun 27-də Qəbələdə keçirilləcək ilk matçı Rumıniya Futbol Federasiyasından olan hakmlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Andrey Çivulete olacaq. Ona yan xətt hakimləri Sebastyan George ilə Daniel Mitruti kömək edəcəklər. Dördüncü hakim funksiyasını Horatsiu Feşniç yerinə yetirəcək.

Avqustun 3-də Kiprdə baş tutacaq cavab görüşünün baş hakimi isə İsveç Futbol Federasiyasından Adam Ladebak olacaq. Ona yan xətt hakimləri qismində Markus Lundqren Klitte və Daniel İnq kömək edəcəklər. Dördüncü hakim Yoakim Ostlinq olacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi

İlk oyun, 27 iyul

20:00. “Qəbələ” – “Omoniya” (Kipr)
Baş hakim: Andrey Çivulete
Baş hakimin köməkçiləri: Sebastyan George, Daniel Mitruti
Dördüncü hakim: Horatsiu Feşniç (hamısı Rumıniya)
Qəbələ şəhər stadionu.

Cavab oyunu, 3 avqust

21:00. “Omoniya” (Kipr) – “Qəbələ”
Baş hakim: Adam Ladebak
Baş hakimin köməkçiləri: Markus Lundqren Klitte, Daniel İnq
Dördüncü hakim: Yoakim Ostlinq (hamısı İsveç)
Nikosiya. GSP stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: