2024/2025 mövsümündə Birinci Liqada mübarizə aparacaq “Qəbələ” hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə üz-üzə gəliblər.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilən görüş qonaqların üstünlüyü ilə keçib. Dörd cavabsız qol vuran Qəbələnin eyniadlı təmsilçisi yoxlama matçından qalib ayrılıb. Meydan sahiblərinin qapısına Ruslan Voronsov, Domi Jaures, Sənan Ağalarov və Mehrac Baxşalı yol tapıblar.
Bu, “qırmızı-qaralar”ın yoxlama oyunlarında ardıcıl 3-cü qələbəsi olub. Küveyt təmsilçisi “Əl-Yarmuk”la heç-heçə (2:2) edən komanda “Zaqatala” (2:0) və “Cəbrayıl”a (5:2) da qalib gəlmişdi.
Qeyd edək ki, “Qəbələ” hazırlıq çərçivəsində daha iki yoxlama matçı keçirəcək.


