“Qəbələ” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Arena.az xəbət verir ki, əyalət təmsilçisi bu mərhələdə Kiprin “Omoniya” komandası ilə qarşılaşacaq.
Komandanın baş məşqçisi Elmar Baxşıyev bu rəqiblə oyunlar üçün 23 futbolçu seçib. Onun sərəncamında 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu var.
Qapıçılar: 1. Rəşad Əzizov, 13. Kristof Atanqana, 36. Elməddin Sultanov;
Müdafiəçilər: 2. İlkin Qırtımov, 3. Zurab Oçiqava, 4. Lukas Afriko, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 34. Ürfan Abbasov;
Yarımmüdafiəçilər: 6. Fares Abu Akel, 8. Gilad Abramov, 9. Əyyub Allaş, 11. Asif Məmmədov, 18. Mehrac Baxşəli, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya;
Hücumçular: 7. Emil Səfərov, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 17. Yaovi Akakpo, 72. Osama Xalayla.
Xatırladaq ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Cavab görüşü isə avqustun 3-də Nikosiyada keçiriləcək. Həmin qarşılaşmanın start fiti isə saat 21:00-da səslənəcək.


