“Qəbələ” – “Omoniya”: mətbuat konfransı və açıq məşq olacaq

“Qəbələ” iyulun 27-də Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Kiprin “Omoniya” klubunu qəbul edəcək.

Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq bu oyundan öncə baş məşqçilərin mətbuat konfransı baş tutacaq.

Hər iki konfrans oyundan bir gün əvvəl – iyulun 26-da arenanın media zalında təşkil olunacaq.

İlk olaraq saat 18:00-da jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxacaq. Saat 19:00-da isə “Omoniya”nın baş məşqçisi Sofronios Avqusti media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların ilk 15 dəqiqəsi açıq olan oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 18:30-da, qonaqlar isə 20:00-da məşqə çıxacaq.

Xatırladaq ki, Qəbələdəki oyuna saat 20:00-da start veriləcək. Bir həftə sonra – avqustun 3-də Kiprdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: