“Qəbələ” “Qostivar”ı 3 qolla məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Boludakı hazırlıq çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” son görüşündə Şimali Makedoniya təmsilçisi “Qostivar”la üz-üzə gəlib.

Matç Azərbaycan komandasının məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutub.

Baş məşqçi Elmar Baxşıyev aşağıdakı start heyətinə şans verib: Kristof Atanqana, İlkin Qırtımov, Murad Musayev, Ürfan Abbasov, Lukas Afriko, Gilad Abramov, Bilel Auaşeriya, Emil Səfərov, Ahmed Ayzaya, Ülvi İsgəndərov, Osama Xalayla.

Oyun Qəbələnin eyniadlı komandasının üstünlüyü ilə keçib. Futbolçular hesabı ilk yarının sonlarında açıb. Öncə meydana sonradan daxil olan Əyyub Allaş fərqlənib. Fasilə ərəfəsində Osama Xalayla qol sevinci yaşayıb.

İlk yarıda olduğu kimi ikinci 45 dəqiqədə də hər iki tərəfin heyətində dəyişikliklər olub. Qəbələlilərin yeni legioneri ikinci hissənin əvvəlində dublunu rəsmiləşdirib. Balkanlılar bu toplardan yalnız birinin əvəzini çıxa bilib.

Beləliklə, Boluda ikinci qələbəsini qazanan “Qəbələ” toplanışı 2 qalibiyyət və 1 heç-heçə ilə başa vurub.

Xatırladaq ki, Boluda bundan əvvəl daha iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşmışdı.

Yoxlama oyunu
19 iyul

“Qəbələ” – “Qostivar” 3:1
Qollar: Əyyub Allaş, 44. Osama Xalayla, 45+2; 49.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: