“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sabah doğma meydanda “Sumqayıt”la qarşılaşacaq.
Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmada meydan sahiblərinin iki futbolçusu iştirak etməyəcək.
Asif Məmmədov və Fares Abu Akel zədədən sonra bərpa prosesi keçir. Akeldən fərqli olaraq, Məmmədov artıq fərdi məşqlərə start verib.
Bərpa prosesini başa vuran Zurab Oçiqava isə artıq komanda ilə hazırlığa başlayıb.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü saat 18:00-da başlayacaq.


