Məlum olduğu kimi, Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsində mübarizə aparacaq.
Arena.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin püşkü bu gün atılacaq.
Qurban Qurbanovun yetirmələrinin rəqibləri Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə bəlli olacaq.
Liqa mərhələsində 36 komanda iştirak edəcək. Hər komanda 8 oyuna çıxacaq. İştirakçıların rəqibləri də püşkdə bəlli olacaq.
Komandalar hər səbətdən iki rəqiblə – biri ilə evdə, digəri ilə səfərdə görüşəcək. 8 turdan sonra ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yerlərin sahibləri isə pley-offa yüksələcəklər. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.
Püşkatma ərəfəsində klublar reytinqinə əsasən 4 səbətə bölünüblər. Azərbaycan çempionu 3-cü səbətdə yer alıb.
1-ci səbət
“Roma” (İtaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Ayaks” (Niderland)
“Reyncers” (Şotlandiya)
“Ayntraxt” (Almaniya)
“Latsio” (İtaliya)
“Tottenhem” (İngiltərə)
“Slaviya” (Praqa, Çexiya)
2-ci səbət
“Real Sosyedad” (İspaniya)
“Alkmar” (Niderland)
“Braqa” (Portuqaliya)
“Olimpiakos” (Yunanıstan)
“Olimpik” (Lion, Fransa)
PAOK (Yunanıstan)
“Fənərbaxça” (Türkiyə)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Ferentsvaroş” (Macarıstan)
3-cü səbət
“Qarabağ” (Azərbaycan)
“Qalatasaray” (Türkiyə)
“Bodo Qlimt” (Norveç)
“Viktoriya” (Plzen, Çexiya)
“Yunion” (Belçika)
“Dinamo” (Kiyev, Ukrayna)
“Ludoqorets” (Bolqarıstan)
“Midtyulland” (Danimarka)
“Malmö” (İsveç)
4-cü səbət
“Atletik” (İspaniya)
“Hoffenhaym” (Almaniya)
“Nitsa” (Fransa)
“Anderlext” (Belçika)
“Tvente” (Niderland)
“Beşiktaş” (Türkiyə)
“Styaua” (Rumıniya)
RFS (Latviya)
“Elfsborq” (İsveç)
Avroliqada Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.
2024-cü il
1-ci tur: 25-26 sentyabr
2-ci tur: 3 oktyabr
3-cü tur: 24 oktyabr
4-cü tur: 7 noyabr
5-ci tur: 28 noyabr
6-cı tur: 12 dekabr
2025-ci il
7-ci tur: 23 yanvar
8-ci tur: 30 yanvar


