“Qarabağ” – “Ayaks”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Ayaks”la qarşılaşacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu Niderland nəhəngi ilə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Artıq komandaların bu oyun üçün start heyətləri də müəyyənləşib. Baş məşqçilərin seçimi aşağıdakı kimi olub:

Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
24 oktyabr

“Qarabağ” – “Ayaks”
Hakimlər: Nikolas Uolş, Qrem Stüart, Kalum Spens, Kristofer Qrem (Şotlandiya)
VAR: Kevin Klensi (Şotlandiya)
AVAR: Con Biton (Şotlandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45.

Qarabağ: 99. Mateuş Koxalski, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 11. Emmanuel Adday, 13. Bəhlul Mustafazadə, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Ayaks: 22. Remko Pasver, 2. Devayn Renç, 4. Yorrel Hato, 6. Cordan Henderson (k), 8. Kennet Teylor, 11. Mika Qodts, 24. Daniele Ruqani, 25. Vaut Veqhorst, 28. Kian Fits-Cim, 29. Kristian Rasmussen, 37. Yosip Şutalo.
Ehtiyat oyunçular: 12. Cey Qorter, 40. Diant Ramay, 3. Anton Qoei, 5. Ouen Veyndal, 9. Brayan Brobbi, 10. Çuba Akpom, 13. Ahmetcan Kaplan, 20. Bertrand Traore, 21. Branko van der Bomen, 31. Jorti Mokio, 33. Benjamin Tahiroviç, 49. Ceydo Banel.
Baş məşqçi: Françesko Farioli.

Xəbəri istədiklərinizlə paylaşın