“Qarabağ” “Bayer”lə oyun üçün Leverkuzenə yollandı – Foto

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Bayer”in qonağı olacaq “Qarabağ” bu gün Almaniyaya yola düşüb.

Arena.az xəbər verir ki, oyuna iki gün qalmış səfərə çıxan Ağdam təmsilçisi Leverkuzenə çarter reysi ilə yollanıb.

Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov sabah – oktyabrın 25-də oyunönsəsi mətbuat konfransına qatılacaq. Tədbir qarşılaşmanın keçiriləcəyi “BayArena”da baş tutacaq və yerli vaxtla saat 19:40-da (Bakı vaxtilə saat 21:40) başlayacaq. İlk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq son məşq isə saat 21:00-da (23:00-da) başlayacaq.

Xatırladaq ki, “Bayer” – “Qarabağ” oyunu oktyabrın 26-da Leverkuzendəki “BayArena”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qrup mərhələsində iki turdan sonra həm Leverkuzen, həm də Ağdam klubunun 6 xalı var. Almaniya təmsilçisi daha yaxşı gösətricilərə görə birinci pillədə qərarlaşıb.

Bu komandaların qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” klubları da yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: