“Qarabağ” ilə ÇSKA üçün italiyalı və belçikalı hakimlər

“Qarabağ”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA-ya (Sofiya) qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Azərbaycan və Bolqarıstan komandaları arasında Bakıda keçiriləcək ilk matçı italiyalı Daniele Çiffi idarə edəcək. Ona həmyerliləri Covanni Baççini və Alessandro Lo Çiçero kömək edrəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da Federiko La Penna fəaliyyət göstərəcək.

Səfərdə keçiriləcək görüşdə isə belçikalı FIFA referisi Bram Van Drissşe söz sahibi olacaq. Mişel Seldreyers və İv De Neve yan xətt hakimi kimi təyinat alıblar. Kevin Van Damme dördüncü hakim fuknsiyasını yerinə yetirəcək. VAR-da Bert Put, AVAR-da Vesli De Kremer yer alacaq.

Xatırladaq ki, “Qarabağ” – ÇSKA oyunu iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.

Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək cavab matçı isə iyulun 30-da baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: