“Qarabağ” “Kayrat” üzərində əzmkar qələbəyə sevindi

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Ağdam klubu bu turnirin qrup mərhələsinin 3-cü turu çərçivəsində Qazaxıstan “Kayrat”ı ilə qarşılaşıb.

Qurban Qurbanovun çalışdırdığı kollektiv Kurban Berdiyevin komandası ilə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib. İlk iki görüşdə 4 xal toplayan Azərbaycan klubu cari mövsümdə nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyət üzü görmüşdü. Komandamız “Kayrat”la oyunda həm bu seriyanı, həm də liderliyini davam etdirməyə çalışıb.

Oyunda hesabı qonaqlar açıblar. Amma matçın sonlarında Ağdam klubu məğlubiyyətdən xilas olmağı bacarıb. Əlavə olunmuş dəqiqələrdə daha bir qol vuran Azərbaycan təmsilçisi meydanı əzmkar qələbə ilə tərk edib.

H qrupunun digər oyununda “Omoniya” (Kipr) “Bazel”in (İsveçrə) qonağı olacaq.

Avropa Konfrans Liqası
H qrupu
21 oktyabr

“Qarabağ” – “Kayrat” 2:1
Qol: R.Şeydayev, 79. A.Hüseynov, 90+1 – X.Kante, 19-pen.
Baş hakim: Yevgeni Aranovski (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Kayrat: 1. Stas Pokatilov, 4. Nurəli Alip, 11. Yan Voroqovski, 15. Frank Banyak, 16. Rikardo Alves, 18. Xose Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 33. Denis Polyakov.
Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Guljigit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev.
Baş məşqçi: Kurban Berdıyev.

Xal durumu: Qarabağ – 7, Bazel – 4, Kayrat – 1, Omoniya – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: