“Qarabağ” Kiyev “Dinamo”sunu 2 cavabsız qolla keçdi

Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ” bu gün Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ağdam klubu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə üz-üzə gəlib.

Ukrayna təmsilçisi ilə Polşada keçirilmiş ilk oyunda Azərbaycan komandası 0:1 hesablı məğlubiyyətə üzülmüşdü. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv doğma meydanda keçirilən cavab görüşündə mütləq inamlı hesabla qələbə qazanmalıydı. Əks halda uzun illərdir qrup mərhələlərində görməyə alışdığımız bu komanda üçün avrokubok mövsümü erkən bitə bilərdi.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş oyunu İngiltərədən olan hakimlər idarə ediblər. Qarşılaşma isə Ağdam klubunun inamlı qələbəsi ilə yekunlaşıb. Beləcə, Azərbaycan təmsilçisi pley-offa vəsiqə qazanıbsa, “Dinamo” mübarizəni dayandırıb.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu

13 avqust

Qarabağ – Dinamo (Kiyev) 2:0
Qollar: Jali Muaddib, 12. Aleksey Kaşuk, 69.
Baş hakim: Stüart Attvell (İngiltərə)
Tofiq Bəhramov adına respublika stadionu.

Qarabağ: 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 5. Bruno Lanqa, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.

Dinamo: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko.
Ehtiyat oyunçular: 43. İliya Olxovyi, 10. Mikola Şaparenko, 14. Pavlo Lyusin, 16. Şola Oqundana, 18. Aleksandr Timçik, 22. Vladislav Kabayev, 23. Navin Maliş, 29. Vitali Buyalski, 66. Aliu Tyare, 91. Mikola Mixaylenko, 99. Pyer Munqenqe.
Baş məşqçi: İqor Kostyuk.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: