UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllüttariq) oyununun biletləri satışa çıxarılır.
Arena.az xəbər verir ki, bu oyunun biletləri sabah – iyulun 10-dan etibarən satışda olacaq.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, biletlər iyulun 10-da saat 11:00-da satışa çıxarılacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
Satış məntəqələri isə bunlardır:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ”ın fan-şopu (11:00-dan 20:00-dək).
Xatırladaq ki, “Qarabağ”la “Linkoln” arasındakı cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Komandaların ilk oyunu isə iyulun 11-də Cəbəllüttariqdə keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.


