“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Linkoln”a qarşı keçirəcəyi cavab matçının da hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Cəbəllüttariq çempionları arasındakı ikinci qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşmanın baş hakimi Eldoryan Hamiti olacaq. Ona yan xətt hakimləri Ridiger Çokay və Ani Koçyay kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Çyapi Kreşnik yerinə yetirəcək.
Xatırladaq ki, “Qarabağ”ın “Linkoln”la cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu oyunun start fiti saat 20:00-da səslənəcək.
Bu komandaların ilk oyunu isə iyulun 11-də Cəbəllüttariqdəki “Viktoriya” stadionunda gerçəkləşəcək. Latviyadan olan hakimlərin idarə edəcəyi bu oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
İlk oyun
11 iyul
19:30. “Linkoln” – “Qarabağ”
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (hamısı Latviya).
Cəbəllüttariq. “Viktoriya” stadionu.
Cavab oyunu
19 iyul
20:00. “Qarabağ” – “Linkoln”
Hakimlər: Eldoryan Hamiti, Ridiger Çokay, Ani Koçyay, Çyapi Kreşnik (hamısı Albaniya).
Bakı Olimpiya Stadionu.


