“Qarabağ” – “Linkoln”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Linkoln”la (Cəbəllütariq) qarşılaşacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi ilk oyununa səfərdə çıxacaq.

“Viktoriya” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək. Artıq komandaların bu oyun üçün start heyətləri də müəyyənləşib.

Bu, Azərbaycan klublarının Cəbəllütariq komandaları ilə ilk matçı kimi tarixə düşəcək. Ağdam təmsilçisi bu duelin aşkar favoriti sayılır. Təmsilçimiz cütün taleyini səfərdə həll etmək üçün çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul

19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Vitali Spasyonnikov, Raymond Tatrik, Artur Şakurov, Aleksandr Anufriyev (hamısı Latviya).
Cəbəllüttariq. “Viktoriya” stadionu.

Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 11. Xuampe
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 7. Li Kasyaro, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton, 99. Santi Luke.
Baş məşqçi: Xavi Munyos.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: