Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Linkoln”la cavab matçına çıxacaq.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi Cəbəllüttariq çempionu ilə bu dəfə Bakıda üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək. Artıq komandaların bu oyun üçün start heyətləri də müəyyənləşib.
Xatırladaq ki, Ağdam təmsilçisi səfərdə bu rəqibinə 2:1 hesabı ilə qlaib gəlib. Mərhələ adlamaq üçün Azərbaycan çempionuna hətta heç-heçə də bəs edir.
Onu da qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
19 iyul
20:00. “Qarabağ” – “Linkoln”
Hakimlər: Eldoryan Hamiti, Ridiger Çokay, Ani Koçyay, Çyapi Kreşnik (hamısı Albaniya).
Bakı Olimpiya Stadionu.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 7. Yassin Benzya, 99. Redon Cica,
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 7. Li Kasyaro.
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 11. Xuampe, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton.
Baş məşqçi: Xavi Munyos.


