Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 2-ci təsnifat mərhələsinə hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, bu mərhələdə “Linkoln”la (Cəbəllüttariq) qarşılaşacaq Azərbaycan çempionu ilk oyununu səfərdə keçirəcək.
Ağdam təmsilçisi Cəbəllüttariqə yollanmazdan öncə son məşqinə sabah çıxacaq. “Azərsun Arena”da baş tutacaq hazırlıqdan öncə komandanın baş məşqçisi Qurban Qurbanovun brifinqi təşkil olunacaq. Brifinq saat 17:00-da başlayacaq. Ardınca ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olan məşq prosesi start götürəcək.
Qeyd edək ki, “Linkoln” – “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.


