“Qarabağ” “Linkoln”u darmadağın edib, mərhələ adladı

Azərbaycan çempionu “Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinə bu mövsüm Cəbəllüttariq çempionu “Linkoln”a qarşı səfər oyunu ilə başlamışdı.

Komandamız səfərdə, “Viktoriya” stadionunda baş tutan ilk oyunda 2:1 hesablı əzmkar qələbəyə sevinmişdi. Bakıdakı cavab matçında mərhələ adlamaq üçün ağdamlılara hətta heç-heçə də bəs edir. Amma ölkə reytinqini qaldırmaq üçün avrokubok matçlarında hər oyundan qalib ayrılmaq daha vacib idi.

“Linkoln” geridə qalan mövsümdə Cəbəllüttariq çempionatı çərçivəsində keçirdiyi 20 oyundan 17-də qalib gəlib. 1 heç-heçəsi olan kollektiv, 2 görüşdə də məğlubiyyətə üzülüb. Klub UEFA reytinqində 197-ci pillədədir. Müqayisə üçün Azərbaycan təmsilçisinin bu siyahıda 66-cı sırada olduğunu da vurğulayaq.

Bu, Azərbaycan klublarının Cəbəllütariq komandaları ilə ilk dueli idi. Ağdam təmsilçisi bu duelin aşkar favoriti sayılır. Təmsilçimiz cütün taleyini demək olar ki, səfərdə həll etmişdi. Bakı Olimpiya Stadionunda baş tutan cavab matında bu rəqibini daha böyük hesabla məğlub edən Qurban Qurbanovun kollektivi növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv”la üz-üzə gələcək. Polşa çempionu “Flora” (Estoniya) ilə ilk raundun oyunlarından qalib (evdə 1:0, səfərdə 3:0) ayrılıb. İlk oyun 26-da səfərdə, cavab matçı isə avqustun 1 və ya 2-də Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
19 iyul

“Qarabağ” – “Linkoln” 4:0
Qollar: Abdullah Zubir, 7. Bəhlul Mustafazadə, 45+1. Redon Cica, 49. Marko Yankoviç, 62.
Baş hakim: Eldorjan Hamiti (Albaniya).
Bakı Olimpiya Stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 7. Yassin Benzya, 99. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 81. Kevin Medina, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 7. Li Kasyaro.
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 11. Xuampe, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton.
Baş məşqçi: Xavi Munyos.

Xəbəri sosial şəbəkələrdə paylaş: