“Qarabağ” – “Molde” matçına nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Molde” (Norveç) oyununun biletləri sentyabrın 16-dan etibarən satışdadır.

Arena.az xəbər verir ki, geridə qalan günlərdə satışa çıxarılmış biletlərin böyük əksəriyyəti satılıb.

Belə ki, biletlərin 19 mini artıq öz sahibini tapıb. Qalan biletlərin də oyun gününə qədər satılması gözlənilir.

Qeyd edək ki, 31 min azarkeş tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

“Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Yeni satış məntəqəsi – “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

“Qarabağ” – “Molde” oyunu sabah – sentyabrın 21-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyuna saat 20:45-də start veriləcək.

Azərbaycan çempionu və “Molde”nin yer aldığı H qrupunda Almaniyanın “Bayer” və İsveçin “Hakken” klubları da var.

Xəbəri sosial şəbəkələrdə paylaş: