“Qarabağ” rəsmiləri Bakıda Ali Koç ilə görüşdülər

Azərbaycan çempionu “Qarabağ”ın rəhbərliyi Bakıda səfərdə olan Türkiyənin “Fənərbağça” klubunun prezidenti Ali Koçla görüşüblər.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qarabağ”ın Baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov bu gün Ali Koç ilə görüşüblər. Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Klub rəsmiləri qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar. Görüşün sonunda Ali Koça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: