“Qarabağ” – “Səbail” matçı 3 manata

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri bu gündən etibarən satışa çıxarılıb.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Klubun yaydığı məlumata görə, biletlər bu gün onlayn şəkildə satışa çıxarılıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

“Qarabağ”dan o da bildirilb ki, qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Xatırladaq ki, sentyabrın 14-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Səbail” matçına saat 19:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: