“Qarabağ” “Şelburn”la bu tarixlərdə qarşılaşacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycan və İrlandiya çempionları arasındakı ilk görüş iyulun 23-də keçiriləcək. İrlandiyada baş tutacaq oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyun saat 20:00-da start götürəcək.

Xatırladaq ki, “Şelburn” ötən gecə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunununda “Linfild”lə heç-heçə edib – 1:1. İlk görüşdə 1:0 hesabıyla qalib gəlmiş İrlandiya çempionu 2 oyunun cəmində mərhələ adlayaraq “Qarabağ”a rəqib olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: