“Qarabağ” “Şelburn”la üz-üzə

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə ilk sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə mübarizə aparacaq.

Azərbaycan və İrlandiya çempionları arasındakı ilk görüş Dublin şəhərində baş tutacaq. “Tolka Park” stadionunda təşkil ediləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Qurban Qurbanovun çalışdırdığı kollektiv yeni avrokubok mövsümünə uğurlu start verməyə və cavab matçı öncəsi üstünlük qazanmağa çalışacaq. Amma istənilən halda bu cütün taleyinə Bakıda keçiriləcək cavab görüşündə aydınlıq gələcəyi şübhəsizdir.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu görüşə saat 20:00-da start veriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul

22:45. Şelburn – Qarabağ
Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq (hamısı Xorvatiya).
Dublin. “Tolka Park” stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: