“Qarabağ” üçün “Şkendiya” – “Styaua” cütü!

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, səpələnmişlər səbətində yer almış “Şelburn” (İrlandiya) – “Qarabağ” cütünün qalibi 3-cü təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – “Styaua” (Rumıniya) cütündə üstün olacaq komanda ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandası bu raunda vəsiqə qazanarsa, ilk oyunu səfərdə keçirəcək. Komandamızın ilk oyunu avqustun 5-6-da səfərdə, cavab görüşü bir həftə sonra evdə baş tutacaq.

Xatırladaq ki, Azərbaycan çempionu ÇL-in 2-ci təsnifat mərhələsində “Şelburn”la ilk oyununa iyulun 23-də Dublində, cavab görüşünə iyulun 30-da Bakıda çıxacaq.

Çempionlar Yolu

RFS (Latviya)/“Malmö” (İsveç) cütünün qalibi – “Kopenhagen” (Danimarka)/“Drita” (Kosovo) cütünün qalibi

“KuPS” (Finlandiya)/“Kayrat” (Qazaxıstan) – “Slovan” (Bratislava, Slovakiya)/“Zrinski”” (Bosniya və Herseqovina)

“Şkendiya” (Şimali Makedoniya)/“Styaua” (Rumıniya) – “Şelburn” (İrlandiya)/”Qarabağ” (Azərbaycan)

“Lex” (Polşa)/“Breydablik” (İslandiya) – “Linkoln” (Cəbəllütariq)/“Srvena Zvezda” (Serbiya)

“Riyeka” (Xorvatiya)/“Ludoqorets” (Bolqarıstan) – “Noa” (Ermənistan)/“Ferensvaroş” (Macarıstan)

“Hamrun” (Malta)/“Dinamo” (Ukrayna) – “Pafos” (Kipr)/“Makkabi” (Təl-Əviv, İsrail)

Liqa Yolu

“Brann” (Norveç)/“Zalzburq” (Avstriya) – “Brügge” (Belçika)

“Reyncers” (Şotlandiya)/“Panatinaikos” (Yunanıstan) – “Viktoriya” (Plzen, Çexiya)/“Servett” (İsveçrə)

“Nitsa” (Fransa) – “Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland) – “Fənərbağça” (Türkiyə)

Xəbəri sosial şəbəkələrdə paylaş: