“Qarabağ” yeni mövsümə “Linkoln” üzərində qələbə ilə başladı

Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə “Linkoln”la qarşılaşıb.

Arena.az xəbər verir ki, Cəbəllüttariq çempionu ilə görüş səfərdə baş tutub.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində yeni mövsümə Bakı vaxtı ilə saat 20:00-da start verib.

Xatırladaq ki, “Qarabağ” ÇL-in ötən mövsümündə də bu komanda ilə üz-üzə gəlmiş və səfərdə 2:1, evdə isə 4:0 hesabıyla qalib gələrək mərhələ adlamışdı.

Elə bu oyunda da Azərbaycan çempionu favorit göstərilirdi. Təmsilçimiz bu dəfəki ilk oyunda 2 cavabsız qolla qalib gəlib və sürprizə imkan verməyib.

Bu komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23 iyul

“Linkoln” – “Qarabağ” 0:2
Qollar: Olavio Juninyo, 45+2. Toral Bayramov, 75.
Hakimlər: İştvan Vad, Vencel Tot, İştvan Albert, Bence Csonka (hamısı Macarıstan).
“Europa Point Stadium”.

Linkoln: 1. Nauset Santana, 6. Bernardo Lopes (k), 10. Tjay de Barr, 11. Culian Valarino (5. İbrahim Ayyu, 46), 15. Rafael Munyos (70. Viktor Villakanas, 66), 18. Qarsiya Antonio (9. Kike Qomes, 66), 20. Etan Britto (17. Pedro Martin, 79), 21. Nano, 22. Qrem Torrilya (8. Mustafa Yahaya, 77), 23. Co, 24. Con Sarcent.
Ehtiyat oyunçular: 13. İvan Villanueva, 27. Caylan Hankins, 19. Kayl Klinton, 30. Karlos Sid, Conatan Skiortino, 33. Cumaney Burnet.
Baş məşqçi: Xavyer Munyos.

Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç (2. Mateus Silva, 83), 8. Marko Yankoviç (66. Patrik Andrade, 83), 6. Julio Romao (24. Aleksey İsayev, 84), 7. Yassin Benzya (17. Hamidu Keyta, 83), 10. Abdullah Zubir (k) (90. Nəriman Axundzadə, 83), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 19. Redon Cica, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri sosial şəbəkələrdə paylaş: