“Qarabağ”dan “Linkoln”la səfər matçı öncəsi azarkeşlərə müraciət

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı “Linkoln”la səfər matçını izləmək istəyən azarkeşlərə müraciət edib.

Arena.az xəbər verir ki, Ağdam klubu həmin oyunda komandanı “Viktoriya” stadionunda dəstəkləmək istəyən azarkeşləri üçün ayrılmış biletlərlə bağlı məlumat yayıb.

Klubdan verilən məlumata görə, həmin biletlər oyun günü saat 16:30-dan etibarən satılacaq. Biletin qiyməti 5 funt-sterlinqdir.

Xatırladaq ki, bu komandaların ilk oyunu sabah – iyulun 11-də Cəbəllüttariqdə keçiriləcək. “Viktoriya” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Yeri gəlmişkən, artıq bu komandaların Bakıda baş tutacaq cavab matçının da biletləri satışa çıxarılıb. İyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Biletləri Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), həmçinin “Qarabağ”ın Park Bulvardakı fan-şopundan (11:00-dan 20:00-na qədər) əldə etmək olar.

“Qarabağ”la “Linkoln” arasındakı cavab qarşılaşmasına saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: