“Qarabağ”ın Çempionlar Liqasında bütün potensial rəqibləri bilindi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” 2023/2024 mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi yenə mübarizəyə 1-ci təsnifat mərhələsindən start verəcək.

Bu mərhələnin püşkatması zamanı “səpələnmişlər” səbətində yer alacaq komandamızın potensial rəqiblərinin siyahısı da müəyyənləşib. Azərbaycan çempionunun rəqibi “səpələnməmişlər” səbətində yer alan komandalardan biri olacaq. Əvvəlki illərdə olduğu kimi, püşkatmada Ermənistan və Azərbaycan çempionları bir-biri ilə düşə bilməyəcək.

“Qarabağ”ın püşkatmadakı potensial rəqibləri bunlardır: “Linkoln Red İmps” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tiflis, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Hakken” (İsveç), “Farul” (Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya) və 4 komandanın – “Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik” (Andorra) – iştirakı ilə keçiriləcək ilkin mərhələnin qalibi.

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-də keçiriləcək. Bu mərhələnin oyunları isə 11/12 iyul və 18/19 iyulda keçiriləcək. “Qarabağ” bu mərhələni keçəcəyi halda – 2-ci mərhələdə də “səpələnmişlər” səbətində yer alacaq.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər:
“Buduçnost” (Monteneqro
“Breydablik” (İslandiya)

Səpələnməmişlər:
“Tre Penne” (San-Marino)
“Atletik” (Andorra)

Birinci təsnifat mərhələsi

Səpələnmişlər:
“Ferentsvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
“Şerif” (Moldova)
BATE (Belarus)
“Astana” (Qazaxıstan)
“Makkabi” (Hayfa, İsrail)
“Jalgiris” (Litva)
HJK (Finlandiya)
“Flora” (Estoniya)
“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)
“Olimpiya” (Sloveniya)
“Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər:
“Linkoln” (Cəbəllütariq)
“Klaksvik” (Farer adaları)
İlkin mərhələnin qalibi
“Dinamo” (Tiflis, Gürcüstan)
“Rakuv” (Polşa)
“Partizani” (Albaniya)
“Aris” (Limassol, Kipr)
“Hakken” (İsveç)
“Farul” (Rumıniya)
“Valmiera” (Latviya)
“Balkani” (Kosovo)
“Larne” (Şimali İrlandiya)
Ermənistan çempionu
“Hamrun” (Malta)
“Svift” (Lüksemburq)
“Struqa” (Şimali Makedoniya)

Xəbəri sosial şəbəkələrdə paylaş: