“Qarabağ”ın rəqibi 4 qol buraxdığı matçda qalib gəldi – Video

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Lyublyana “Olimpiya”sı Sloveniya çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 5-ci tur çərçivəsində səfərdə “Aluminiy”lə qarşılaşıb.

9 qolun (!) vurulduğu oyunda qələbəni “Qarabağ”ın rəqibi bayram edib – 5:4. Lyulyana təmsilçisinin heyətində Pedro Lukas dubla imza atıbsa, digər qolları Rui Pedro, Nemanya Motika və Mustafa Nukiç vurublar.

Lyublyana “Olimpiya”sı 5 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda şərikli liderlər – “Çelye” və “Maribor”dan cəmi 1 xal geri qalır.

Xatırladaq ki, “Qarabağ”la “Olimpiya” arasındakı ilk qarşılaşma avqustun 24-də səfərdə baş tutacaq. Bu komandaların cavab görüşü isə ayın 31-də Bakıda təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: