Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Lyublyana “Olimpiya”sı Sloveniya çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 6-cı tur çərçivəsində evdə “Çelye” ilə qarşılaşıb.
6 qolun vurulduğu oyunda “Qarabağ”ın rəqibi məğlubiyyətə üzülüb – 2:4.
Lyublyana “Olimpiya”sı 6 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ”la “Olimpiya” arasındakı ilk qarşılaşma avqustun 24-də baş tutub və Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların cavab görüşü isə ayın 31-də Bakıda təşkil olunacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 20:00-da start veriləcək.


