Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Linkoln” yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Cəbəllüttariq təmsilçisi doğma meydanda – “Viktoriya Stadium”da İspaniyanın aşağı liqa klublarından olan “Almunesar Siti” ilə qarşılaşıb.
Təmsilçimizin rəqibi bu oyunda 5:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Maney, Marko Roşa, Xuanfri, Kike və Li Çipolina vurublar.
“Linkoln” bundan əvvəlki yoxlama görüşündə də İraq millisinə 1:2 hesabı ilə uduzmuşdu.
Cəbəllüttariq çempionu yeni mövsümün hazırlığına mayın 30-dan etibarən başlayıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında birinci mərhələnin oyunları 11/12 iyul və 18/19 iyulda olacaq. “Qarabağ” “Linkoln”la ilk görüşünü səfərdə, cavab oyununu Bakıda keçirəcək.


